- 22:04
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 84 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 338 nəfərin yaralandığı da bildirilib.
Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 17 fələstinlinin öldüyü, 174 fələstinlinin isə yaralandığı bildirilir.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 64 min 231 nəfərə, yaralı sayı isə 161 min 583 nəfərə yüksəlib.
Humay Eminqızı