- 22:04
Pakistanın Pəncab əyalətində son 24 saat ərzində güclü musson yağışları nəticəsində yaranan daşqınlar və çayların səviyyəsinin yüksəlməsindən sonra daha yarım milyon insan təxliyə edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pəncab rəsmisi Nabeel Javed məlumat yayıb.
Onun sözlərinə görə, daşqınlar səbəbindən son iki həftədə 3 900 kənd su altında qalıb.
Belə ki, son təxliyələrdən sonra, keçən aydan bəri 1,8 milyon insan təxliyyə edilib.
Təxliyyə edilənlər üçün çadırların qurulduğu, ərzaq və əsas ehtiyacların paylanıldığını bildirib.
Ümumilikdə 3,8 milyondan çox insan daşqınlardan zərər görüb.
Qeyd edək ki, əyalətin Müzəffərqarh və Multan şəhərləri daşqınlardan xüsusilə zərər görüb.
Humay Eminqızı