Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 41 nəfər saxlanılıb


  • 16:57

Son 10 gün ərzində Türkiyənin 21 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, keçirilən əməliyyatlar zamanı 41 nəfər saxlanılıb.

Şübhəlilərdən 25-i həbs olunub, 7-si haqqında isə məhkəmə nəzarəti qərarı çıxarılıb.

Yerlikaya digər şübhəlilər haqqında əməliyyatların davam etdiyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər