Zelenski və Uitkoff Parisdə görüşdü


  • 19:20

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Parisdə görüşüb.

E-huquq.az xəbər verir ki, "AFP" məlumat yayıb.

Bildirilib ki, bu görüş avqustun 18-də Vaşinqtonda aparılan danışıqların davamıdır.

Qeyd edilib ki, bu gün “İstəklilər koalisiyası”nın üzvləri Parisdə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər. İştirakçıların dəqiq sayı məlum deyil, lakin bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, “koalisiya”da artıq 30 ölkə var. Bu ölkələrin liderləri Zelenski ilə birlikdə ABŞ Prezidenti Donald Trampla birgə telefon danışığı aparmağı planlaşdırırlar.

Oxşar xəbərlər