- 22:04
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı ilə telefon danışığı zamanı Rusiyaya təzyiqlərin artırılması imkanlarını müzakirə edib.
E-huquq.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Ukrayna lideri Parisdə Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında bildirib:
"Bu gün biz Prezident Trampla danışdıq, ona verdiyi dəstəyə görə təşəkkür edirik. Vəziyyəti sülhə doğru necə sövq etmək barədə uzun, ətraflı söhbət etdik. Biz müxtəlif variantları müzakirə etdik, ən əsası təzyiqdir".
Zelenskinin sözlərinə görə, Rusiya pul və resurslardan məhrum edilərsə, Ukraynadakı münaqişə həll oluna bilər.