İzmir sahillərində 107 qanunsuz miqrant saxlanılıb


  • 09:44

Türkiyənin İzmir şəhərində 107 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Çeşmə rayonu sahillərində qanunsuz miqrantları daşıyan iki rezin qayıq Sahil Mühafizəsinin qayıqları tərəfindən dayandırılıb.

Komandalar qayıqda olan 73 qeyri-qanuni miqrantı saxlayıb.

Komandanlığın əməkdaşları həmin ərazidə digər bir qayıqda olan 34 qeyri-qanuni miqrantı yaxalayıb.

İzmirin Seferihisar sahilləri yaxınlığındakı mühərriki xarab olan qayıqdakı 30 qanunsuz miqrant isə xilas edilərək sahilə çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər