- 8 Sentyabr 23:28
Türkiyədə alt paltarında həbsxanaya narkotik keçirən vəkil həbs edilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 26 yaşlı vəkil müdafiə etdiyi şəxslə görüşmək üçün getdiyi cəzaçəkmə müəssisinə narkotik vasitə olan həb keçirməyə cəhd edib.
O, həmin həbləri müdafiə etdiyi şəxsə verməyə çalışarkən təhlükəsizlik kameralarına yaxalanıb.
Vəkilin üzərinə baxış zamanı 13 ədəd sintetik dərman preparatı aşkar edilib. Müəyyən edilib ki, vəkilin həbləri salfetkaya bükərək alt paltarında gizlədib.
Vəkil məhkəmənin qərarına əsasən həbs edilib.
Onun 2019-cu ildə Kırşehir Vəkillər Kollegiyasında stajını başa vuraraq vəkillik fəaliyyətinə başladığı bildirilir.
Şəbnəm Mehdizadə