Azərbaycan Gürcüstana müşahidəçilər göndərəcək


  • 8 Sentyabr 18:25

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Gürcüstanda keçiriləcək yerli seçkiləri müşahidə edəcəklər.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın bu gün keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, Azərbaycanla yanaşı, Macarıstanın, Ermənistanın, Slovakiyanın, Fici dövlətinin seçki komissiyaları da Gürcüstana müşahidəçilər göndərəcək.

Toplantıda həmçinin qeyd olunub ki, səsvermə prosesini izləmək üçün 16 beynəlxalq təşkilat qeydiyyata alınıb.

Xatırladaq ki, qonşu ölkədə yerli seçkilər oktyabrın 4-də keçiriləcək.

Seçicilər Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

Oxşar xəbərlər