- 8 Sentyabr 23:28
Fransa Milli Assambleyası Baş nazir Fransua Bayru və onun hökumətinin istefasına səs verib. Bayruya etimadsızlıq votu elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə CNN yazıb.
“Ümumilikdə 364 deputat Bayrunun əleyhinə, 194 nəfər lehinə səs verib. Bu səs sayı hökumətin istefası üçün lazım olan 280 səs həddini keçib”, - materialda deyilir.
Qeyd edək ki, Bayrunun hökuməti cəmi 9 ay işləyib. İndi Baş nazir Fransa Prezidenti Emmanuel Makrona istefa ərizəsini təqdim etməlidir. Jurnalistlər əlavə edirlər ki, baş nazirin gedişi Makronu bir neçə məqbul variantla baş-başa qoyur.
Makronun yaxın günlərdə yeni baş nazirin təyinatını nəzərdən keçirəcəyi bildirilir.