- 8 Sentyabr 23:05
Rusiya prezidenti Vladimir Putin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu “İgidliyə görə” ordeni ilə təltif edib.
E-huquq.az xəbər verir ki, Putinin bununla bağlı imzaladığı sərəncamda qeyd olunur:
“Hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə ordu generalı Valeri Vasilyeviç Gerasimov “İgidliyə görə” ordeni ilə təltif edilsin”.