- 01:10
Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən polis mərkəzinə edilən silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 27-yə yüksəlib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən 2 polis əməkdaşının şəhid olduğu və 2-si polis olmaqla ümumilikdə 3 nəfərin yaralandığı hücumla bağlı başladılan araşdırma davam edir.
İstintaq çərçivəsində hücumun əsas icraçısı 16 yaşlı yeniyetmə, onun anası, atası, dostları ilə yanaşı daha bir neçə nəfər saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Şəbnəm Mehdizadə