- 01:10
Türkiyənin İstanbul şəhərində hərəkətdə olan tur avtobusunda yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sürücü avtobusu dərhal saxlayaraq sərnişinləri təxliyə edib.
Əraziyə dərhal yanğınsöndürmə, polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar.
Yanğın yaxınlıqda park edilmiş 3 nəqliyyat vasitəsinə də sıçrayıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov tam söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə