Məzmuna keç

Rusiyada təyyarə qəzaya uğradı,

Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda kənd təsərrüfatı işləri aparan zaman "An-2" təyyarəsi qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə "Rodnik" ASC ərazisində baş verib.

Qəza nəticəsində təyyarənin pilotu həyatını itirib.

Şəbnəm Mehdizadə