"Vaşinqton razılaşması Azərbaycanın strateji xəttinin uğurudur" - Fazil Mustafa


  • 9 Sentyabr 11:32

"Kiçik dövlətlərin beynəlxalq aləmdə qəbul olunması üçün çox zaman ağrılı və çətin yollar keçmək tələb olunur. Bu prosesin optimal yolu isə öz regionunda təsir gücünü artırmaq və qlobal siyasi mühitdə əhəmiyyət qazanmaqdan keçir. Cənubi Qafqazda bu strategiyanı uğurla həyata keçirə bilən yeganə lider Prezident İlham Əliyev olub. Onun rəhbərliyi ilə Azərbaycan işğal olunmuş dövlət obrazından çıxaraq güclü regional aktora çevrildi".

E-huquq.az xəbər verir ki, bu sözləri Mili Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib.

Onun sözlərinə görə, Vaşinqton sazişi bu strategiyanın bariz nəticəsidir. "ABŞ-ın 907-ci düzəlişinin dayandırılması Ermənistanın Cənubi Qafqazda üstünlük əldə etmə və böyümə planlarını tamamilə alt-üst etdi. İlham Əliyev təkcə region üçün deyil, Ermənistan üçün də rifah yolunu göstərdi və bu dövlətin gələcək inkişaf yolunu səmimi şəkildə ortaya qoydu. Prezident İlham Əliyev bildirib ki, Ermənistan tranzit ölkə olmağın real iqtisadi və strateji faydalarını görəcək və bu yolla davam etsə, rifaha doğru irəliləyə bilər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər