- 01:10
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 19 şübhəli saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun apardığı araşdırmallar zamanı 20 şübhəlinin terror təşkilatı ilə əlaqəsi olduğunu müəyyən edilib.
Təhlükəsizlik qüvvələri İstanbulun 12 rayonunda 21 ünvanda eyni vaxtda əməliyyat keçirib.
Əməliyyatda 19 şübhəli saxlanılıb.
Bir şübhəlinin axtarışı davam edir.
Şəbnəm Mehdizadə