- 01:10
ABŞ-nin Kaliforniya ştatında toydan 60 min dollar və çek oğurlayan iki nəfər saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə avqustun 31-də Los-Ancelesin Qlendeyl bölgəsindəki keçirilən toy mərasimində baş verib.
Toya dəvət olunmayan Armean Şirehjini və Andranik Avetisyan adlı iki şəxs nikah mərasimi zamanı cütlüyə hədiyyə edilən təxminən 60 min dollar və çeklərin olduğu qutunu oğurlayıb.
Təhlükəsizlik kamerası görüntüləri ilə müəyyən edilən şübhəlilər Los-Anceles şəhərinin mərkəzində tutulub.
Onların evlərinə baxış zamanı çoxlu sayda silah, narkotik vasitə və oğurlanmış çeklər aşkar edilib.
Şəbnəm Mehdizadə