- 01:10
Pakistanın Şərqi Pəncab əyalətində güclü yağışların səbəb olduğu daşqınlar səbəbindən son 24 saat ərzində 122 mindən çox insan təxliyə edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pəncab Fövqəladə Hallar İdarəsinin (PDMA) baş direktoru İrfan Əli Kathia məlumat verib.
Baş direktor əyalətin son 24 saatda Alalpurun Pirvala şəhərindən 122 mindən çox insanın təxliyə edildiyini qeyd edib.
O, çoxlu sayda insanın qohumlarının yanına sığındığını və ya yardım düşərgələrində qaldığını bildirib. Kathia qeyd edib ki, daşqınlar keçən aydan bəri Pəncabda 2,2 milyon insanı didərgin salıb, 3900-dən çox kənd su altında qalıb. Ötən aydan bəri azı 61 nəfər daşqınlar zamanı həyatını itirib.
Şəbnəm Mehdizadə