İsveçdə orta məktəblərdə smartfonlardan istifadə qadağan edilir


  • 9 Sentyabr 17:26

İsveçdə məktəblərdə smartfonların qadağan edilməsi barədə qərar qəbul edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçin təhsil naziri Simona Mohamsson İsveç dövlət radiosu SR-ə açıqlama verib.

Nazir bildirib ki, 2026-cı ildən başlayaraq ölkə daxilində orta məktəb və liseylərdə smartfonlardan istifadə qadağan olunacaq. Mohamsson qərarın 2026-cı ildə qüvvəyə minəcəyini və qadağanın tənəffüs zamanı da tətbiq ediləcəyini bildirib.

Mohamsson hökumətin təklifi həyata keçirmək üçün 10 milyon dollarlıq büdcə ayırdığını qeyd edib.

"Tələbələr TikTok-da vaxt itirmək əvəzinə, tənəffüs zamanı dostları ilə vaxt keçirməyi və ya futbol oynamağı öyrənməlidirlər" – deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər