- 01:10
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində (NRW) dünən gecədən başlayan və gecə boyu davam edən leysan yağışları sel və daşqınlara səbəb olub.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin bəzi yerlərində yağan güclü yağış həyatı iflic edib.
Şimali Reyn-Vestfaliyanın Reyn-Erft bölgəsində, Axen, Düren və Eyfel bölgələrində, həmçinin Kölnün qərbində xeyli sayda evin zirzəmisini su basıb.
Bölgədə əlverişsiz hava şəraiti ilə bağlı təxminən 160 hadisə baş verib.
Düsseldorfda A46 şosesindəki tunel su altında qaldıqdan sonra bağlanaraq keçilməz hala düşüb.
Şiddətli yağışın çaylarda və dərələrdə su səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Almaniya Meteorologiya Xidməti (DHA) bölgədə leysan və ya tufanla müşayiət olunan şiddətli yağışın gün ərzində davam edəcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə