- 01:10
2025-ci ilin avqust ayı qlobal miqyasda rekordlar üzrə üçüncü ən isti avqust ayı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (Aİ) peyk monitorinq sistemi Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) məlumat yayıb.
Məlumatlara görə, 2025-ci ilin avqust ayı qlobal orta temperatur baxımından üçüncü ən isti avqust ayı olub. Həmin ay üçün səthin orta temperaturu 16,6 dərəcə Selsi olub.
Bu, 1991-ci ildən 2020-ci ilə qədər avqustun orta göstəricisindən 0,49 dərəcə Selsi yüksəkdir.
Hesabat dövründə havanın temperaturu 2023 və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,22 dərəcə soyuq olub.
Ötən ay Avropada quruda orta temperatur 19,46 dərəcə Selsi olub ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən 0,3 dərəcə yüksəkdir. Avropada ən əhəmiyyətli dərəcədə orta səviyyədən yüksək temperatur Qərbi Avropa ölkələrində yaşanıb.
Keçən ay həmçinin dəniz səthinin orta temperaturu 20,82 dərəcəyə çatıb və bu, rekordlar üzrə üçüncü ən yüksək temperaturdur.
Şəbnəm Mehdizadə