- 01:10
“İsrail sentyabrın 9-da Dohada Həmas liderlərinə qarşı zərbə endirməklə beynəlxalq hüquq normaları və Qətərin ərazi bütövlüyünü pozur, regionda gərginliyi daha da artırır”.
E-huquq.az xəbər verir ki, bu bəyanatla Aİ-nin xarici siyasət xidməti çıxış edib.
"Avropa İttifaqı və digər tərəfdaşlar HƏMAS-ı terror təşkilatı kimi tanıyır. Biz Aİ-nin strateji tərəfdaşı olan Qətərlə tam həmrəy olduğumuzu bildiririk", - bəyanatda deyilir.
Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.