- 00:51
İsrail ordusunun Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə aviazərbəsi nə ABŞ-nin, nə də yəhudi dövlətinin məqsədlərinə nail olmağa xidmət etmir.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“ABŞ hərbi qüvvələri Tramp administrasiyasını İsrailin HƏMAS-a zərbə endirdiyi barədə məlumatlandırdı", - o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Prezident HƏMAS nümayəndələrinin Dohada olmasından böyük təəssüf hissi keçirdiyini qeyd edib.
“Bu qərar mənim tərəfimdən deyil, İsrail Baş naziri Binyamin Netanyahu tərəfindən qəbul edilib”, - Tramp əlavə edib.
O vurğulayıb ki, suveren bir dövlət və ABŞ-nin yaxın müttəfiqi olan, sülhə nail olmaq üçün ciddi çalışan və riskə girən Qətəri bombalamaq nə İsrailin, nə də Amerikanın məqsədlərinə uyğun deyil.