Məzmuna keç

Türkiyənin bu vilayətində torpaq sürüşməsi baş verib, yol bağlanıb

Türkiyənin Artvin şəhərində torpaq sürüşməsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Artvinin Hopa-Kemalpaşa keçidinin Kopmuş bölgəsində səhər saatlarında baş verən sürüşmə nəticəsində Qara dəniz Sahil Yolu nəqliyyata bağlanıb.

Dünəndən etibarən bölgəyə yağan güclü yağış Hopa, Arhavi və Kemalpaşa rayonlarında çoxlu sürüşmələrə səbəb olub. Köpmüş bölgəsindəki yamaclardan torpaq və qaya parçaları magistral yola düşüb.

Əraziyə AFAD və jandarma qrupları cəlb edilib.

Təbii fəlakət zamanı ölən və xəsarət alan olmayıb.

Şəbnəm Mehdizadə