İspaniyada siqaret istehlakını məhdudlaşdıran yeni qanun layihəsi çərçivəsində uşaqları siqaret çəkən valideynlərə 100 avroya qədər cərimə tətbiq edəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetində qəbul edilərək müzakirə və səsvermə üçün Parlamentə göndərilən qanun layihəsi terraslarda siqaret çəkməyi və yetkinlik yaşına çatmayanların siqaret çəkməsini qadağan edir, həmçinin elektron siqaret istifadəsini də məhdudlaşdırır.
Səhiyyə naziri Monika Qarsiya qanun layihəsi ilə bağlı mətbuata açıqlamasında bildirib ki, İspaniyanı tütünə qarşı mübarizədə yenidən ön sıraya qoyan bir qanun hazırlanıb: “2005-ci ildə qapalı yerlərdə, 2010-cu ildə isə bar və restoranlarda siqaret çəkilməsi qadağası ilə qabaqcıl olmuşuq. Lakin yeni məhsullar ortaya çıxdı və yeni ictimai sağlamlıq ehtiyacları yarandı. Tütün hər gün 140.000, ildə isə 50.000 insanın həyatına son qoyur. Xərçəng xəstəliyinin 30 faizi siqaretin risk faktoru ilə bağlıdır”.
Statistik məlumatlara görə, İspaniyada ötən il siqaret satışı, qapalı məkanlarda siqaret çəkməyi qadağan edən ilk qanunun qəbul edildiyi 2005-ci illə müqayisədə 53,8 faiz azalaraq 2 milyard 143 milyon qutu olub.
Humay Eminqızı
