Sülhün əldə edilməsi və girovların azad edilməsi üçün şərtlər yerinə yetirilməsə, İsrail Qəzzanı və Fələstinin radikal islamçı HƏMAS hərəkatını tamamilə məhv edəcək.
E-huquq.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
“Əgər HƏMAS-ın qatilləri və təcavüzkarları İsrailin müharibənin dayandırılması, xüsusilə də bütün girovların azad edilməsi və silahların təhvil verilməsi şərtlərini qəbul etməsələr, onlar məhv ediləcək və Qəzza dağıdılacaq”, – nazir bildirib.
Humay Eminqızı
