Türkiyənin Manisa vilayətinin Demirci rayonunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 8-i şagird olmaqla ümumilikdə 9 nəfər xəsarət alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində yüngül xəsarət alan 8 şagird və sürücü təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
