- 20:49
Fransada prezident Emmanuel Makronun siyasətinə qarşı keçirilən etiraz aksiyalarında 200-ə yaxın adam saxlanılıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Makronun sosial-iqtisadi siyasətinə etiraz olaraq ölkə daxilində “Hər şeyi dayandıraq” şüarı altında keçirilən etiraz aksiyaları davam edir. Paytaxt Parisdə yüzlərlə etirazçı Gare du Nord ətrafına toplaşıb, əraziyə çoxlu sayda polis qrupları və yük maşınları yerləşdirilib. Polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək etirazçıların stansiyaya girmələrinə mane olmağa çalışır.
Etirazlar ölkənin müxtəlif şəhərlərində məktəb girişlərini və yolları bağlamaqda davam edir, böyük şəhərlərdə isə bu gün günortadan sonra yürüşlər gözlənilir. Daxili işlər naziri Bruno Retaillo mətbuata bildirib ki, nümayişlər zamanı indiyədək təxminən 200 nəfər saxlanılıb.
Ölkənin ikinci ən böyük şəhəri olan Marseldə də minlərlə insanın “Makron, istefa ver” şüarlarına qoşulması ilə yürüş başlayıb.
Bəzi qarşıdurmalarda etirazçılar polisə zibil qutuları və digər əşyalar atıblar.
Şəbnəm Mehdizadə