- 20:49
Türkiyənin Antalya şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Alanya rayonunda səkkiz avtomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Hadisə yerinə həkim və polis qrupları cəlb edilib.
Qəzada xəsarət alan 10 nəfər tibb işçiləri tərəfindən rayon xəstəxanalarına çatdırılıb.
Yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.
Qəzanın səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə