- 20:49
Pakistanın şərqindəki Pəncab əyalətində leysan yağışların səbəb olduğu daşqınlarla bağlı əhalinin təxliyəsi davam edir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, suyun səviyyəsinin artması axtarış-xilasetmə işlərini çətinləşdirir.
Pəncab Fövqəladə Hallar İdarəsi rəsmisi Nabil Caved əyalətin Cəlalpur Pirvala rayonu yaxınlığında daşqınlardan təxminən 142 min insanın zərər çəkdiyini bildirib.
Javed ordunun dəstəyi ilə minlərlə sakinin təxliyə edildiyini qeyd edib.
O, çayların səviyyəsinin sürətlə artmasının işləri çətinləşdirdiyini vurğulayıb.
Avqustun 23-dən bu yana əyalətdə 4 mindən çox kəndin su altında qaldığı, 4,2 milyondan çox insanın daşqınlardan zərər çəkdiyi, təxminən 2,1 milyon insanın isə didərgin düşdüyü bildirilib.
Şəbnəm Mehdizadə