- 20:49
"Avropa İttifaqı (Aİ) və NATO Rusiyanı heç bir sübut təqdim etmədən ittiham edir".
E-huquq.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Polşanın hava məkanını pozan pilotsuz təyyarələrlə bağlı Rusiyaya qarşı irəli sürülən ittihamlara cavab olaraq deyib.
Peskov Moskvada bir sıra aktual məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qərb ölkələrinin Ukraynaya qoşun yeritməsinin dəhşətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib: "Bunu anlamayan və ya anlamaq istəməyən ölkələrlə yanaşı, bu reallığı çox daha yaxşı başa düşən ölkələr də var".
Peskov Polşanın insidentlə bağlı Rusiya ilə əlaqə saxlamadığını da bildirib.
Polşanın baş naziri Donald Tusk Nazirlər Kabinetinin bu gün keçirilən növbədənkənar iclasında Rusiyanın Ukraynadakı hədəflərə hücumları zamanı bəzi pilotsuz təyyarələrin Polşanın hava məkanını dəfələrlə pozduğunu bildirib.
Şəbnəm Mehdizadə