- 20:49
Avstriyada 14 yaşından kiçik uşaqların məktəblərdə hicab taxması qadağan ediləcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstriyanın Ailə və İnteqrasiya naziri Klaudiya Plakolm məlumat verib.
Plakolm uzun sürən danışıqlardan sonra hökumətin məktəblərdə 14 yaşından kiçik qızlar üçün hicab qadağası ilə bağlı razılığa gəldiyini və qanunun gələn tədris ilindən etibarən qüvvəyə minəcəyini bildirib.
Plakolm qadağanın təkcə dövlət məktəblərinə deyil, özəl məktəblərə də şamil ediləcəyini bildirib. Qadağaya əməl olunmasa, ilkin mərhələdə şagird və onun ailəsi ilə əlaqə saxlanılacaq. Əks halda valideynlər 150 avrodan 1000 avroya qədər cərimə ödəyə bilər.
Şəbnəm Mehdizadə