ABŞ-də ipoteka faiz dərəcələri azalıb


  • 17:30

ABŞ-də 30 illik ipoteka üçün orta faiz dərəcəsi keçən həftə 6,49 faizə düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İpoteka Bankları Assosiasiyası (MBA) məlumat yayıb.

Məlumaa görə, bu, 2024-cü ilin oktyabrından bəri ən aşağı səviyyədir, müraciətlər isə 9,2 faiz artıb.

Bu dövrdə ev alqı-satqısı müraciətləri 7 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 12 faiz artıb.

Ölkədə 30 illik ipotekanın orta faiz dərəcəsi ötən həftə 6,64 faizdən 6,49 faizə düşüb.

Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi 5,84 faizdən 5,70 faizə düşüb.

MBA-nın vitse-prezidenti Joel Kan aşağı istiqraz gəlirləri və zəifləyən əmək bazarını göstərən məlumatlar səbəbiylə ipoteka faiz dərəcələrinin ardıcıl ikinci həftə azaldığını bildirib. O, qeyd edib ki, 30 illik ipoteka üçün orta faiz dərəcəsi son iki həftədə 20 baza bəndi azalaraq, 2024-cü ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər