- 20:49
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi oktyabrın 4-də Gürcüstanda keçiriləcək yerli seçkiləri müşahidə edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın qeydiyyata aldığı beynəlxalq müşahidəçilərin siyahısından məlum olur.
Siyahıda Türkiyə, Ermənistan, Macarıstan, Qırğızıstan, Albaniya, Slovakiya və bir sıra digər ölkələrin mərkəzi seçki komissiyalarının da adları yer alıb.
Gürcüstan MSK-da bu günədək 19 beynəlxalq təşkilat səsvermə prosesini izləmək üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, qonşu ölkədə seçicilər Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər. Səsvermənin təşkili üçün ölkə üzrə artıq 3 051 seçki məntəqəsi yaradılıb. Seçkilərdə 12 siyasi partiya iştirak hüququ əldə edib.