- 00:47
BMT Təhlükəsizlik Şurasının (TŞ) İsrailin Dohaya endirdiyi zərbə ilə bağlı sentyabrın 10-na təyin olunan təcili iclası təxirə salınıb.
E-huquq.az xəbər verir ki, Təhlükəsizlik Şurası Qətər hökumətinin daxil olan müraciəti nəzərə alaraq iclasın sentyabrın 11-də keçirilməsi barədə qərar qəbul edib.
İclasda Qətər Əmirliyinin baş naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani də iştirak edəcək.
“Təhlükəsizlik Şurası bu günə planlaşdırılan "Yaxın Şərqdəki vəziyyət" mövzusunda təcili iclası sabaha – günün ikinci yarısına təxirə salıb. Qətər Əmirliyi baş nazirin də iclasda iştirak edəcəyini bildirib və toplantının bir gün sonra keçirilməsi xahiş olunub”, – deyə qurumdan bildirilib.