Almaniya ilə Gürcüstan arasında gərginlik artdı


  • 10 Sentyabr 20:24

Rəsmi Berlin Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Almaniyanın səfiri Peter Fişer haqqında səsləndirdiyi fikirlərdən narazılıq ifadə edib.

E-hiquq.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq spikerin ittihamlarının əsassız olduğunu bildirib.

XİN Ş.Papuaşvilinin ittihamlarını qətiyyətlə rədd edib və pisləyib. Qeyd olunub ki, dezinformasiya və iddiaların yayılması Almaniya-Gürcüstan münasibətlərini sarsıdır.

“Biz “Gürcü Arzusu”nun nümayəndələrinin Almaniya səfirinə qarşı davam edən aqressiv ritorikasını qətiyyətlə rədd edirik”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ş.Papuaşvili Almaniya səfirini Gürcüstanda radikal təşkilatları dəstəkləməkdə ittiham edib. O bildirib ki, diplomatın seçkiöncəsi kampaniya zamanı ekstremistləri dəstəkləməsi seçkilərə kobud müdaxilədir.

“Gürcü Arzusu” partiyasının Baş katibi Kaxa Kaladze də deyib ki, Almaniya səfiri Gürcüstan cəmiyyətində qarşıdurmanın və ektremizmin alovlandırılmasında iştirak edir.

Oxşar xəbərlər