- 00:47
İsrail Yəməndə husi silahlı qruplaşmasının mövqelərinə zərbələrini davam etdirəcək.
E-huquq.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəmənə endirilən zərbələri şərh edərkən deyib.
Netanyahu xatırladıb ki, bir neçə gün əvvəl Sənaya edilən hücum nəticəsində husilərin şərq bölgəsinə nəzarət edən rəhbərliyinin əksər üzvləri məhv edilib. Buna cavab olaraq, sentyabrın 8-də husilər İsrailin cənubunda yerləşən Ramon hava limanına PUA ilə hücum ediblər və hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
“Bu gün onların bazalarına, çoxsaylı terrorçuların toplandığı ərazilərə və digər obyektlərə yenidən hava zərbələri endirdik. Əməliyyatlarımız davam edəcək”, – deyə Netanyahu bildirib.