Ermənistan Müdafiə Nazirliyi hərbi xidmət müddətini 6 ay azaltmağı təklif edir


  • 10 Sentyabr 23:24

Ermənistan Müdafiə Nazirliyi mülki hərbi xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsini nəzərdə tutan layihə hazırlayıb.

E-huquq.az "Sputnik Armenia"ya saytına istinadən xəbər verir ki, layihə e-draft.am saytında dərc edilib və müzakirəyə çıxarılacaq.

Hərbi xidmətə çağırılanların sayının müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması ilə azaldılması planlaşdırılır.

Təşəbbüsün 2026-cı ilin yay çağırışından tətbiq olunması nəzərdə tutulur.

Oxşar xəbərlər