- 00:41
İsrailin baş naziri Binyamin Netanyahu Qətər rəsmilərini “terrorçulara sığınacaq verməkdə” ittiham edib.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin bəyanatında qeyd olunur.
"Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə deyirəm: Ya onları qovacaqsan, ya da məsuliyyətə cəlb edəcəksən. Çünki etməsən, biz edəcəyik" - deyə, bəyanatda bildirilir.
Netanyahu Fələstin hərəkatının Siyasi Büro üzvlərinə hücumu 11 sentyabr terror aktından sonra Amerika kəşfiyyat orqanlarının Əfqanıstanda Əl-Qaidə terrorçularının təqib etməsi, həmçinin Pakistanda Üsamə bin Ladenin öldürülməsi ilə müqayisə edib .
İsrail baş nazirinin sözlərinə görə, ordu 7 oktyabr 2023-cü il hadisələrinin təşkilatçılarını təqib etməkdə eyni prinsip əsasında hərəkət edib. Netanyahu Qətəri HƏMAS-ı təkcə sığınacaq verməkdə deyil, həm də maliyyələşdirməkdə ittiham edib.