- 20:01
Türkiyənin Ankara şəhərində 4.1 bal gücündə zəlzələ olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 08:24-də episentri Kalecikdə qeydə alınıb.
Zəlzələnin 11,08 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə