- 20:01
Almaniyanın pilotlar ittifaqı uçuşlar zamanı yatmağın narahatedici reallığa çevrildiyini bəyan edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Vereinigung Cockpit pilot ittifaqı tərəfindən 900-dən çox pilot arasında aparılan son sorğuda respondentlərin 93 faizi son aylarda uçuşlar zamanı yuxuya getdiyini etiraf edib.
Nəticələr pilotların 12 faizinin hər uçuşda yatdıqlarını, 44 faizinin müntəzəm və 33 faizinin isə arabir yatdıqlarını söyləyib. 3 faiz yalnız bir dəfə yatdıqlarını, 7 faiz isə sayılmayacaq qədər yatdıqlarını söyləyib.
Birliyin vitse-prezidenti Katharina Dieseldorff, "Alman kokpitlərində yatmaq uzun müddətdir normadır. Başlanğıcda qısa müddətli bərpa üsulu olaraq görülən bu praktika struktur təzyiqlərinə qalıcı bir cavab halına gəldi", - deyə bildirib.
O vurğulayıb ki, tək qısa bir yuxu kritik deyil, lakin davamlı yorğunluq yaşayan ekipajlar ciddi risk yaradır.
Həmkarlar ittifaqı, xüsusilə yay aylarında kadr çatışmazlığının pilotların yorğunluğunu daha da gücləndirdiyini bildirib.
Şəbnəm Mehdizadə