İspaniyada həftəlik iş vaxtının azaldılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə rədd edilib


  • 13:49

İspaniyada həftəlik iş saatının 40 saatdan 37,5 saata endirilməsini təklif edən qanun layihəsi parlamentdə rədd edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 170 lehinə, 178 əleyhinə səslə layihə rədd edilib.

Qanun layihəsinin memarı, Baş nazirin müavini, Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz bundan imtina etməyəcəklərini, qanun layihəsini daha da inkişaf etdirəcəklərini, parlamentə və sonra Nazirlər Şurasına təqdim edəcəklərini bildiriblər.

İş saatlarının azaldılması ilə yanaşı, buna əməl etməyən şirkətlərə işçi başına 10 min avroya qədər cərimə tətbiq edəcək qaydalar əlavə edəcəklərini qeyd edən Diaz, "Küçədə qazanılan məğlubiyyətlər var. Səs itirildi, amma biz bunu qazanacağıq, çünki indi geriyə dönüş yoxdur", - deyə bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər