Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü öz maraqlarına zidd hesab edir


  • 14:38

Ukraynanın Avropa İttifaqına üzvlüyü Macarıstanın iqtisadi və təhlükəsizlik maraqlarına qarşıdır.

E-huquq.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Baş nazirinin müavini Taras Kaçka ilə görüşü zamanı deyib.

“Macarıstan Ukrayna da daxil olmaqla, bütün qonşuları ilə yaxşı əlaqələrə malik olmaq istəyir. Amma, bu münasibətlər ən yaxşı formada deyil və buna görə məsuliyyət tamamilə Kiyevin üzərinə düşür”, - Siyarto özünün “X” hesabında ukraynalı rəsmi ilə görüşü barədə bildirib.

Siyarto Zakarpatyeda yaşayan macar icmasının öz dillərində danışmaq hüququndan məhrum edildiyinə toxunub:

“Budapeştdə iki dilli (macar və Ukrayna) məktəb açılıb, biz yay düşərgələrində 12 500 ukraynalı uşağa ev sahibliyi etmişik. Problem isə budur ki, 2015-ci ildən bəri Zakarpatyedə yaşayan macarların öz dillərindən istifadə etmək hüququ onlardan alınıb”.

Oxşar xəbərlər