- 20:01
Fransada keçirilən etiraz aksiyalarında 675 nəfər saxlanılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 yerdə keçirilən etiraz aksiyalarında 200 minə yaxın insan iştirak edib.
“Hər şeyi bloklayaq” şüarı ilə təşkil olunan etiraz aksiyaları zamanı 211-i Parisdə olmaqla 675 nəfər saxlanılıb.
Etirazlar xüsusilə paytaxt Parisdə, həmçinin Lion və Renn şəhərlərində zorakılıqla yadda qalıb.
Etirazçılar polisə müxtəlif əşyalar atıb, yandırdıqları zibil qutuları ilə yolları bağlayıb, polis isə müdaxilə etmək üçün gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.
Şəbnəm Mehdizadə