Miroşnik: “Kiyev münaqişənin sülh yolu ilə həllinə maraq göstərməyib”


  • 14:48

“Kiyev Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə maraq göstərməyib”.

E-huquq.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

“Görürük ki, Ukrayna bütün mümkün vasitələrlə hər hansı sülh yoluna nail olmaq istəmədiyini açıq şəkildə nümayiş etdirir”, - deyə o, Ukrayna lideri Volodimir Zelenskinin münaqişənin həlli ilə bağlı mövqeyini şərh edib.

Miroşnik vurğulayıb ki, Kiyevin guya sülh istəyinə baxmayaraq, ilk görüş olan İstanbul danışıqlarından başlayaraq bütün danışıqlar mərhələləri diversiya hərəkətləri ilə müşayiət olunub.

O həmçinin qeyd edib ki, may-avqust ayları ərzində Ukraynanın zərbələri nəticəsində iki mindən çox dinc sakin zərər görüb.

Humay Eminqızı

Oxşar xəbərlər