- 20:01
Nepalda 31 nəfərin ölümünə səbəb olan etirazlar, Baş nazir Khadga Prasad Sharma Oli və bir çox nazirin istefasına baxmayaraq şiddətini artıraraq ölkədə təhlükəsizlik böhranına yol açıb.
E-huquq.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.
Etirazçıların həbsxanalara basqın etməsindən sonra ölkə üzrə 25-dən çox həbsxanadan 15 mindən çox məhbus qaçıb.
Polisin atəş açması nəticəsində qaçan məhbuslardan 5-i həlak olub.
Qeyd edək ki, bəzi məhbuslar sonradan öz istəkləri ilə həbsxanalara qayıdıb təslim olublar.
Bildirilib ki, qaçan məhbuslar arasında qətl, zorlama, insan alveri kimi ağır cinayətlərə görə məhkum olunanlar var.
Xatırladaq ki, Nepalda hökumət əleyhinə etirazlar sosial media qadağası səbəbindən başlamışdı.
Humay Eminqızı