- 20:01
ABŞ Belarusla münasibətləri normallaşdırmaq istəyir.
E-huquq.az xəbər verir ki, bunu ABŞ prezidentinin sözçüsü Con Koul Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə deyib.
"Biz həqiqətən Belarus Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərimizi normallaşdırmaq istəyirik və bu normallaşmanın baş verməsi üçün hər şeyi etməyə hazırıq. Bu görüşdə indicə elan etdiyimiz sanksiyaların ("Belaviya" aviaşirkətinə qarşı) ləğvi yalnız başlanğıcdır", - Koul bildirib.
“İndi burada tam rəsmi şəkildə bildirmək istəyirəm ki, “Belavia”ya qarşı sanksiyalar ləğv edilib. Bu rəsmi məlumatdır. Mən ABŞ Prezidenti Donald Trampla görüş keçirdim, görüşdə bir neçə nəfər iştirak edirdi. Bu qərar prezident tərəfindən verildi və o bunu dərhal həyata keçirməyi tapşırdı”, - Koul Lukaşenko ilə görüşdə deyib.
Humay Eminqızı