- 20:01
Nepalda sosial media qadağası səbəbindən başlayan etiraz aksiyalarında ölənlərin sayı 34-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Nepal Səhiyyə Nazirliyi məlumat yayıb.
Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalara səbəb olan etiraz aksiyalarında yaralıların sayının 1368-ə yüksəldiyi bildirilir.
Xatırladaq ki, keçən həftə Nepalda "Facebook", "Instagram", "YouTube", "X" və "WhatsApp" daxil olmaqla 26 sosial media platforması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyat müddətinə əməl etmədiyi üçün bloklanıb.
Şəbnəm Mehdizadə