Aİ-də orta ömür uzunluğu artıb


  • 16:46

Avropa İttifaqı (Aİ) ölkələrində orta ömür uzunluğu 2024-cü ildə 81,7 ilə çatıb.

E-huquq.az xəbər verir ki, Avropa İstatistika İdarəsi (Eurostat) Aİ ölkələrində ötən il üçün orta ömür göstəricilərini açıqlayıb.

Məlumata görə, 2023-cü illə müqayisədə 2024-cü ildə orta ömür uzunluğu 0,3 il artaraq 81,7 ilə yüksəlib.

Statistikaya əsasən, Aİ-də ən yüksək orta ömür uzunluğu 84,1 il ilə İtaliya və İsveçdə qeydə alınıb. Onları 84 il ilə İspaniya, 83,5 il ilə Lüksemburq və 83,3 il ilə Malta izləyib.

Fransada orta ömür 83,1 il, Almaniyada isə 81,5 il olub.

Aİ üzrə ən aşağı göstərici isə Bolqarıstanda qeydə alınıb - cəmi 75,9 il. Rumıniyada bu rəqəm 76,6 il, Latviyada isə 76,7 il təşkil edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər