İzmirdə küçələr yenidən zibillə dolub - FOTO


  • 16:52

Türkiyənin İzmir şəhərində küçələr yenidən zibillə dolub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə işçiləri maaşlarının verilmədiyini iddia edərək tətil ediblər.

Tətil bəzi küçələrdə zibil qalaqları ilə nəticələnib.

Yığılmış zibil və üfunətli qoxu sakinlərin narahatlığına səbəb olub.

Sakinlər yaranmış vəziyyətlə bağlı etirazlarını bildirib. Onlar zibil qalıqlarının xəstəliklərə səbəb olacağından narahatlıqlarını dilə gətiriblər.

Bildiriblər ki, şəhərdə siçanlar da peyda olmağa başlayıb. Pis qoxu ilə yanaşı, xüsusilə axşamlar milçəklər də olur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər