Məhkəmə Braziliyanın sabiq prezidenti ilə bağlı qərar verdi - 27 il 3 ay həbs cəzası


  • 09:32

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro 27 il 3 ay həbs cəzası alıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, dövlət çevrilişinə cəhd, cinayətkar təşkilat yaratmaq və zorakılıq yolu ilə qanunları pozmaqda təqsirli bilinib.

İstintaq sənədlərində qeyd olunur ki, Bolsonaro və tərəfdarları 2022-ci ilin dekabrında prezident Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almağa çalışıblar.

Bununla belə, çevriliş cəhdi Lula vəzifəyə başlamazdan əvvəl baş tutmayıb.

Qeyd edək ki, 70 yaşlı Bolsonaro 2019–2023-cü illərdə ölkəyə rəhbərlik edib.

Oxşar xəbərlər